"Bu gün Sabunçu rayon Bakıxanov bələdiyyəsi üçün ikiqat bayramdir”- bu fikirləri Blediyye.infoya Bakıxanov bələdiyyəsinin sdəri Ramiz Nəsibov bildirib. Belə ki, sədrin birinci müavini, bələdiyyənin ağsaqqalı, Nadir əsədovun ad günüdür. Belə ki, bu gün həm də tanınmış bələdiyyə üzvünün ad günüdür
Bakıxanov bələdiyyəsində Nadir əsədovun ad günü qeyd edilib.
Sədr daha sonra bildirib ki, 21.11.2017-ci il tarixi Bakıxanov Bələdiyyəsi üçün ikiqat bayramdir. Belə ki, biz Nadir müəllimin anadan olmasının 65 illik yubileyini, eləcədə üzv olduğumuz Yeni Azərbaycan Partiyasının 25 illik yubileyini qeyd edirik. Bu münasibətlə Bakıxanov bələdiyyəsinin kollektivi adından Nadir müəllimi, həm də YAP üzvlərini təbrik edir, can sağlığı və işlərində yeni-yeni uğurlar arzu edirik.
***
Bəs Nadir əsədov kimidir?
“N.əsədov 21 noyabr 1952-ci ildə anadan olub..
1975-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. əmək fəaliyyətinə Səttarxan adına maşınqayırma zovodundan başlayıb. Zavodda işlədiyi müddətdə mühəndis konstruktor, aparıcı mühəndis konstruktor, konsrtuktorların qrup rəhbəri, konstruktor büro rəisi, zavodun baş konstruktoru, baş mühəndisin müavini və baş mühəndis vəzifələrində çalışıb.
Respublikada keçirilən I,II,III,IV çağırış bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilib.
28.01.2010-cu il tarixli bələdiyyə iclasının qərarı ilə Bakıxanov bələdiyyəsinin sədri seçilmişdir. Hazırda bələdiyyə sədrinin 1-ci müavinidir.
Nadir əsədov Sabunçu rayon Ağsaqqallar şurasının sədri olmaqla bərabər Azərbaycan Respublikası Ağsaqqallar şurası idarə Heyətinin üzvüdür.
Yeni Azərbaycan Partiyası yarandığı gündən üzvüdür.Nadir müəllim eyni zamanda Bələdiyyə işçiləri Həmkarlar ittifaqının Sabunçu rayon Təşkilatının Sədridir.
Evlidir 4 övladı, 6 nəvəsi var.
Belediyye.info
|
|
|
|